Bu gecənin adı - XOCALI

Bu gecənin adı -     XOCALI

Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər qətlə yetirilib

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən, Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırımı törədildi. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma “Dağlıq Qarabağ Respublikası” hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir.

 

Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olub, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilib.

 

Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edilib, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənilib. “DQR” hakimiyyəti, həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırıb.

Müəllif: Ayna.az      26 Fevral 2020 00:10
Cəmiyyət bölməsinə aid digər xəbərlər
16 İyul
17:21
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları xeyli üstələyib
16 İyul
16:24
İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib
16 İyul
15:31
Məmmədyarov vəzifəsindən azad edildi: Yeni XİN başçısı təyin olundu
16 İyul
13:39
COVID-19 mənzərəsi: Yalanlar içərisində həqiqət axtarışı
16 İyul
10:25
Orduya dəstək mitinqini təxribata çevirən “gizli əl” – Hadisələrin izi ilə
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin