Türkiyə Prezidenti Azərbaycanda

Türkiyə Prezidenti Azərbaycanda

Ərdoğanı hava limanında rəsmi şəxslər qarşılayıblar

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. AYNA xəbər verir ki, Ərdoğanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turqaner qarşılayıb.

 

Qeyd edək ki, Ərdoğan Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək. İclasda ikitərəfli əlaqələr, əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunacaq.

 

İki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin imzalanacağı da bildirilir.

Müəllif: Ayna.az      25 Fevral 2020 13:47
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin