Avtobuslar alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından, 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.
Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin