Gənc əsgərlərimiz and içiblər - FOTOLAR

Gənc əsgərlərimiz and içiblər -     FOTOLAR

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb

 

22 fevral 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax, Şəmkir və Zaqatala şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə AYNA-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

 

Dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Xidmət rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb. Mərasimdə mərhum Prezident Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması qeyd edilib.

 

Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.

 

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      25 Fevral 2020 11:38
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin