AzTU-nun tələbəsi Avrasiya çempionu olub

AzTU-nun tələbəsi Avrasiya çempionu olub

Rektor Vilayət Vəliyev Əli Hacıyevi və onun məşqçisi Hikmət Mahmudovu qəbul edib

 

22-23 fevral tarixlərində Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan juboksinq citsu üzrə Avrasiya çempionatı keçirilib.

 

AYNA xəbər verir ki, çempionatda Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Rusiya və İranı təmsil edən idmançılar iştirak edib. Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) 3-cü kurs tələbəsi Əli Hacıyev bütün rəqiblərinə qalib gəlib. Çempionatın qızıl medalı və kəməri ilə mükafatlandırılan Əli Hacıyev Avrasiya çempionu adını qazanıb. 

 

Rektor Vilayət Vəliyev Əli Hacıyevi və onun məşqçisi Hikmət Mahmudovu qəbul edib. Qələbə münasibətilə təbriklərini çatdıran rektor, qarşıdakı yarışlarda tələbəmizə uğurlar arzulayıb.

Müəllif: Ayna.az      24 Fevral 2020 23:57
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin