ETAXİ: Xəstələr xəstəxanaya çox ağır vəziyyətdə daxil olurlar

ETAXİ: Xəstələr xəstəxanaya çox ağır vəziyyətdə daxil olurlar

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri: “Koronovirusla bağlı heç bir hala təsadüf edilməyib”

 

Məlum olduğu kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETAXİ) son bir ay ərzində ölən xəstələrin sayı 23-ə çatıb. Hüquqşunas, ictimai vəkil Samir Zeynalov bu arzuolunmaz faktın səbəbini xəstəxanada həkim-reanimatoloqun olmaması, ağır xəstələrin bu baxımdan zəruri tibbi yardım almaqdan məhrum olması ilə əlaqələndirir. Onun sözlərinə görə, qeyd olunan məlum çatışmazlıq faktı İnstitutun baş həkimi İmanverdi Rzayev tərəfindən təsdiq olunsa da, İnstitutun direktoru Həqiqət Qədirova dünyasını dəyişən xəstələr barəsində reanimasion tədbirlərin həyata keçirildiyi qeyd edir.

 

“Sözügedən tibb müəssisəsinə rəhbərlik etdiyi dönəmdən etibarən bir sıra həkimə qarşı yol verdiyi qərəzli və qanunsuz münasibətindən dolayı təkcə 3 nəfər təcrübəli və savadlı həkim-reanimatoloqu işdən çıxardaraq, nəticədə İnstitutu bu ixtisas üzrə həkimsiz qoyan Həqiqət Qədirova, bu mövqe ilə ictimaiyyəti və TƏBİBİ-i aldatmaqdan, o cümlədən xəstələrin həyatını təhlükə altında qoymaqdan çəkinmir. Qeyd olunan mühakimənin təsdiqidir ki, TƏBİB (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) İnstitutda müvafiq monitorinqin aparıldığını, qeydə alınan bütün faktların araşdırıldığını və lazımi tədbirlərin görüldüyünü, lakin monitorinq zamanı həkim çatışmazlığı probleminin aşkar edilmədiyini diqqətə çatdırır. Belə çıxır ki, İnstitutda həkim-reanimatoloq yoxluğu ilə bağlı 6 yer üçün vakansiyanın elan edilməsi, buna baxmayaraq məlum ixtisasa sahib həkimlərin vərəmli xəstələrlə işləməkdən çəkinmələri iddiası tamamilə həqiqətdən uzaqdır”, - hüquqşünas bildirir.

 

“Mötəbər mənbədən aldığım məlumata görə, hazırda İnstitutda ölüm faktlarının say etibarı ilə çoxalmasının qarşısını almaq məqsədilə ölmək təhlükəsində olan xəstələr məcburi sürətdə evə yazılır və onların ölümü İnstitutda deyil, məhz evdə gerçəkləşir. Həqiqət Qədirova bu minvalla institutun fəaliyyətini tamamən acınacaqlı edib. Bu vəziyyətdən təkcə pasiyentlər deyil, ənənəvi olaraq bəzi həkimlər də əziyyət çəkirlər”, – deyə o, əlavə edir.

Müəllif: Ülviyyə Şahin      25 Fevral 2020 10:19
Cəmiyyət bölməsinə aid digər xəbərlər
14 İyul
22:50
Ermənistanın müttəfiqləri Azərbaycana savaş açacaqmı – Əminlik var ki...
14 İyul
20:47
Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxub
14 İyul
19:16
Tovuz döyüşlərinin dünyadakı əks-sədası – DİQQƏT CƏBHƏYƏ
14 İyul
15:40
Moskva arzulamadığı dilemma qarşısında: Azərbaycan, yoxsa Ermənistan
14 İyul
14:37
“Hazırda ön xətdə şiddətli döyüşlər gedir” - Müdafiə Nazirliyi
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin