Bakıda 2 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Bakıda 2 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Onlar ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan yüksək olub

 

Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-də yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

 

Bildirilir ki, onlar 1995 və 1998-ci il təvəllüdlü İran vətəndaşlarıdır. Xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb.

 

“Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir”, - deyə məlumatda qeyd olunur.

Müəllif: Ayna.az      24 Fevral 2020 16:37
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin