Əsas səhifə Haqqımızda Xəbər lenti

Təlaşa səbəb olan səs yazısı barədə rəsmi açıqlama

Təlaşa səbəb olan səs yazısı barədə rəsmi açıqlama

Sosial şəbəkələrdə koronavirusla bağlı əhalini təşvişə salan məlumatlar yayılıb 

 

"Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib".

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

 

"Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir.
Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır", - deyə məlumatda qeyd olunur.

Müəllif: Ayna.az      23 Fevral 2020 23:26
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin