“Qalatasaray” 21 ildən sonra səfərdə “Fənərbaxça”ya qalib gəlib

“Qalatasaray” 21 ildən sonra səfərdə “Fənərbaxça”ya qalib gəlib

Türkiyə Super Liqasında XXIII tur davam edir

 

Bu gün turun daha üç qarşılaşması keçirilib. 

 

AYNA-nın məlumatına görə, bütün diqqətlər İstanbul derbisinə yönəlib. “Qalatasaray”ı qəbul edən “Fənərbaxça” ilk yarının ortalarında penaltidən hesabı açıb. Son çempion fasilə ərəfəsində tarazlığı bərpa edib. Hakimin final fitinə 10 dəqiqə qalmış Radamel Falkao penaltini dəqiq yerinə yetirməklə, “sarı-qırmızılar”ı hesabda önə çıxarıb. Qarşılaşmada son nöqtəni onun komanda yoldaşı Anri Onyekuri qoyub – 3:1. Bu qələbə “Qalatasaray”a liderliyə şərik olmaq imkanı verib. “Cim-Bom” həm də “Fənərbaxça” ilə səfər matçlarındakı 21 illik qələbə həsrətinə son qoyub. Həmin vaxt – 1999-cu il dekabrın 22-də “Qalatasaray” 2:1 hesabı ilə qalib gəlib.

 

Digər iki qarşılaşmada turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandalar üz-üzə gəliblər. “Ankaragücü”nü bir qolla məğlub edən “Gənclərbirliyi” təhlükəli zonadan uzaqlaşıb.

 

“Antalyaspor” isə “Yeni Malatyaspor”un qonağı olub. Meydan sahibləri Antalya təmsilçisi qarşısında məğlubiyyətlə üzləşib.

 

Qeyd edək ki, tura fevralın 24-də yekun vurulacaq.

Müəllif: Ayna.az      23 Fevral 2020 22:37
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin