Prezident İlham Əliyev Türkiyənin dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Türkiyənin dövlət başçısına başsağlığı verib

Zəlzələ nəticəsində Türkiyədə xeyli sayda insan həlak olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

 

AYNA xəbər verir ki, məktubda deyilir:

 

Hörmətli cənab Prezident, Əziz Qardaşım,

 

Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az      23 Fevral 2020 18:36
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin