Şamaxıda zəlzələ olub

Şamaxıda zəlzələ olub

Zəlzələ ocağı 1 kilometr dərinlikdə yerləşib

 

Saat 4:43-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ olub.

 

Bu barədə AYNA Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

 

Yeraltı təkanlar 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 1 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ hiss olunmayıb.

Müəllif: Ayna.az      23 Fevral 2020 11:56
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin