Ekologiya və ətraf mühitin qorunması ilə bağlı tədbir keçirilib - FOTOLAR

Ekologiya və ətraf mühitin qorunması ilə bağlı tədbir keçirilib -       FOTOLAR

Layihədə uğurla iştirak edən iştirakçılara sonda sertifikatlar təqdim edilib

 

20-21 fevral 2020-ci il tarixində Füzuli rayonu Böyük Bəhmənli kənd 1 nömrəli tam orta məktəbində “Ətraf mühitin qorunması və ekoloji maarifləndirmə” adlı layihə təşkil olunub. AYNA xəbər verir ki, layihə çərçivəsində 50 nəfərin iştirakı ilə seminarlar həyata keçirilib. 

 

Layihə rayon ictimaiyyətinin və kənd əhalisinin böyük marağına səbəb olub. Layihənin rəhbəri və təlimçisi, coğrafiya müəllimi Təbriz Mirişli "Ətraf mühit və onun qorunması" mövsuzunda iştirakçılara ətraflı məlumat verib: “Müasir dövrdə insanların sayının durmadan artması, artan tələbat, "Qlobal istiləşmə", insanların ətraf mühit haqqında dərindən biliyə malik olmaması ətraf mühiti çirkləndirən amillərdən biridir”.

 

Bundan əlavə, seminarlarda ekoloji problemlərdən və ətraf mühitin qorunması, ekoloji maarifləndirmənin bu kimi problemlərin həllində nə dərəcədə effektli olduğundan bəhs edilib. Layihədə uğurla iştirak edən iştirakçılara sonda sertifikatlar təqdim edilib. 

 

Qeyd edək ki, "Ətraf mühitin qorunması və ekoloji maarifləndirmə" layihəsi Azərbaycanın Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olub.

Fotoları təqdim edirik
Müəllif: Mərahim Nəsib      23 Fevral 2020 00:40
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin