Daha bir məntəqənin nəticələri etibarsız sayıldı

Daha bir məntəqənin nəticələri etibarsız sayıldı

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib 

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizəd Anar İsayevin səlahiyyətli nümayəndəsi Taleh Əliyevin müraciətinə baxılıb. 

 

AYNA-nın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib. 

 

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Araşdırma zamanı dairə üzrə yalnız bir seçki məntəqəsində pozuntu aşkar edilib”. 

 

İclasda həmin dairənin 1 seçki (9 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Müəllif: Ayna.az      22 Fevral 2020 18:51
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin