İlham Əliyevdən təbrik məktubu

İlham Əliyevdən təbrik məktubu

İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktunu ünvanlayıb. 

 

AYNA xəbər verir ki, məktubda deyilir:

 

"Əlahəzrət,

 

Ölkənizin milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və dost Yaponiya xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

 

60 illik yubileyinizin qeyd olunduğu belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və firavanlıq arzulayıram".

Müəllif: Ayna.az      22 Fevral 2020 22:29
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin