Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sessiyası çağırılıb

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qurumun sessiyasının çağırılması barədə müvafiq qərar imzalayıb.

 

AYNA xəbər verir ki, qərara əsasən, altıncı çağırış Naxçıvan Ali Məclisinin birinci sessiyası bu il fevralın 24-də saat 11:00-a təyin olunub. 

 

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi, Ali Məclis Sədrinin müavinlərinin seçilməsi, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib.  

 

İclasda Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələsinə də baxılacaq.

 

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

 

Toplantı Naxçıvan şəhərində keçiriləcək.

Müəllif: Ayna.az      22 Fevral 2020 12:55
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin