Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

Hacıqabulda yenidən zəlzələ olub

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

 

AYNA xəbər verir ki, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. 

 

Bildirilib ki, yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.

 

Zəlzələ hiss olunmayıb. 

 

*** 08:03

 

Yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

 

Bu barədə AYNA Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

 

Qeyd edilir ki, zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.

 

Yeraltı təkanlar hiss olunmayıb.

Müəllif: Ayna.az      22 Fevral 2020 09:50
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin