Gürcüstan vətəndaşlarını Çindən təxliyə edir

Gürcüstan vətəndaşlarını Çindən təxliyə edir

Onlar bir neçə saat sonra təyyarə ilə vətənə çatdırılacaqlar

 

Gürcüstan koronavirus səbəbindən 34 vətəndaşını Çindən təxliyə edir.

 

AYNA “Report”a istinadən xəbər verir ki, həmin şəxslər Çində yaşayan, çalışan və təhsil alanlardır.

 

Gürcüstan vətəndaşları müxtəlif səbəblərə görə hələ də Çini tərk edə bilməyiblər. Onlar bir neçə saat sonra təyyarə ilə vətənə çatdırılacaqlar.

 

Təxliyə olunan şəxslər iki həftə ərzində Saçxere rayonunda yerləşən hotellərdən birində karantində saxlanılacaqlar.

Müəllif: Ayna.az      21 Fevral 2020 23:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin