Uhanlılar xərcləyə bilmədikləri pulları pəncərədən atırlar - VİDEO

Uhanlılar xərcləyə bilmədikləri pulları pəncərədən atırlar -       VİDEO

Çində koronavirusdan ölənlərin sayı artmaqda davam edir 

 

Koronavirus səbəbindən karantin altında saxlanılan Çinin Uhan şəhərindən yeni görüntülər yayılıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, evdən çölə çıxa bilməyən uhanlılar özlərinə yeni “əyləncə” növü tapıblar. Belə ki, onlar xərcləyə bilmədikləri pullardan “təyyarə düzəldərək” pəncərədən atırlar. Video “ümidlərin itdiyini nümayiş etdirən daha bir görüntü” kimi xarakterizə olunub.

 

Qeyd edək ki, Çində Covid-19 səbəbindən 2 min 238 nəfər dünyasını dəyişib. Xəstəliyə yoluxanların sayı isə 75 min 465 nəfərdir.

Müəllif: Ayna.az      21 Fevral 2020 23:00
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin