İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTOLAR

İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub -           FOTOLAR

Yolasalma mərasimində Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib

 

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.

 

AYNA-nın xəbərinə görə, Romanın Kuirinale Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

 

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

 

Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Azərbaycan Prezidenti İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olunub.

 

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola salıblar.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      21 Fevral 2020 20:52
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin