Müsəlmanların ilk qibləsinə növbəti hücum

Müsəlmanların ilk qibləsinə növbəti hücum

Bir qadının tutulmasına fələstinlilərin sərt reaksiya göstərməsi qarşıdurmaya səbəb olub

 

İsrail polisi bu gün Məscidül-Əqsada camaata hücum edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hücuma səbəb olaraq məsciddə şirniyyat paylayan fələstinli bir qadının tutulmasına fələstinlilərin sərt reaksiya göstərməsi olub.

 

Lakin İsrail polisinin son bir ay ərzində cümə günləri səhər namazından sonra Məscidül-Əqsaya basqın edərək fələstinlilərə şiddət göstərdiyi açıqlanıb.  

 

Qeyd edək ki, Şərqi Qüdsdə yerləşən, İsrailin 1967-ci ildə işğal etdiyi Məscidül-Əqsa müsəlmanların ilk qibləsi hesab olunur.

Müəllif: Ayna.az      21 Fevral 2020 19:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin