Azərbaycanlı narkobaron saxlanılıb

Azərbaycanlı narkobaron saxlanılıb

“Valiko” Həsrət” üç dəfə məhkumluq həyatı yaşayıb

 

Balakəndə “Valiko Həsrət” ləqəbli narkobaron saxlanılıb. AYNA xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.


Əməliyyat çərçivəsində Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Abdurəhman oğlu Yekəyev rayonun Katex kəndi ərazisində saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı bir ədəd salafon torbada təmiz çəkisi 37, 129 qram narkotik vasitə hesab edilən heroin və bir qabda təmiz çəkisi 6,929 qram olan metamfetamin aşkar edilərək götürülüb.

 

Kriminal aləmdə “Valiko” Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə üç dəfə məhkumluq həyatı yaşayıb. 

Müəllif: Ayna.az      21 Fevral 2020 15:33
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin