Bakı metrosunda koronavirus səfərbərliyi

Bakı metrosunda koronavirus səfərbərliyi

Tədbirlərə bu gündən "Nərimanov" elektrik deposunda qatarlarda start verilib

 

Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə Bakının əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropolitendə də başlanılıb.

 

AYNA-ya "Bakı Metropoliten"inə mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda ay ərzində iki dəfə aparılacaq.

 

"Aparılan əks-epidemik tədbirlər infeksiyanın yoluxma mexanizmləri və yollarına qarşı yönəlmiş tədbirlərdir. Sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir. Bu məqsədlə, "Bakı Metropoliteni" xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilməqaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb. Tədbirlərə bu gündən "Nərimanov" elektrik deposunda qatarlarda start verilib", - deyə o bildirilib.

 

B.Məmmədov əlavə edib ki, iş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq: "Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək. Qatarlarda və stansiyalarda görüləcək tədbirlərin də qrafiki artıq müəyyən olunub. Bundan savayı, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfədezinfektantlarla təmizlənəcək.İctimaiyyətin tam məlumatlı olması üçün onu da qeyd edək ki, dezinfeksiyazamanı "ProGreen ProFix" dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi genişspektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır. Koronavirusa qarşı gücləndirilmiş ehtiyat tədbirləri səlahiyyətli qurumlarınmüvafiq göstəriş və təlimatlarına müvafiq olaraq davam etdiriləcək".

Müəllif: Ayna.az      21 Fevral 2020 15:10
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin