İrlandiya parlamenti Baş Naziri seçə bilmədi

İrlandiya parlamenti Baş Naziri seçə bilmədi

Dörd partiyadan heç bir nümayəndə millət vəkillərindən kifayət qədər dəstək ala bilməyib

 

İrlandiya parlamentinin aşağı palatası yeni baş naziri seçə bilməyib. AYNA xəbər verir ki, keçmiş hökumət başçısı Leo Varadkar qanuna uyğun olaraq prezidentə istefa məktubu təqdim edib.

 

Baş nazir vəzifəsinə namizədlər üçün səsvermə cümə axşamı yeni çağırış İrlandiya parlamentinin aşağı palatasının ilk iclasında keçirilib. Dörd partiyadan heç bir nümayəndə millət vəkillərindən kifayət qədər dəstək ala bilməyib. Ən çox səs "Sinn Fein" radikal respublika partiyasının lideri Meri Lou Makdonald qazanıb.

 

“Fine Qel” partiyasının lideri, ölkənin baş naziri Leo Varadkar kifayət qədər dəstək toplaya bilmədiyi üçün istefa məktubu ilə ölkə prezidentinə müraciət edib. Varadkar hökumət başçısı vəzifəsinə yeni namizəd razılaşdırılmayana qədər müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, İrlandiyada 8 fevral seçkiləri “exit poll”un əvvəlcədən proqnozlaşdırıldığı kimi, ənənəvi ikitərəfli sistemin parçalanması ilə başa çatıb. Parlamentdəki ən çox yeri  liberal-respublikaçı Fianna File partiyası qazanıb. Hakim “Fine Qel” partiyası bu günə qədər 35 yer qazanıb. Radikal respublikaçı Sinn Feynin partiyası 37 yer qazanaraq ikinci yeri tutub.

Müəllif: Ayna.az      21 Fevral 2020 13:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin