“Hökumət əhalinin sağlamlığını deyil, büdcəni doldurmağı düşünür”

“Hökumət əhalinin sağlamlığını deyil, büdcəni doldurmağı düşünür”

Gələn aydan xarici istehsal spirtli içkilərin qiymətləri qalxacaq və bu, nələrə səbəb olacaq?

 

Bu ilin əvvəlində ölkəyə idxal olunan spirtli içkilər üçün aksiz vergiləri artırıldı. İndi xaricdən gələn spirtli içkilərin yenidən bahalaşması dövrüdür, baxmayaraq ki, onların qiyməti istehlakçıları qane etmir.

 

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda buğdadan hazırlanan pivənin idxalında aksiz vergisi bir litr üzrə 1,7 manatdan 1,9 manat qədər artıb. O cümlədən, üzümdən hazırlanan təbii şərabın idxalı üzrə aksiz dərəcəsi 3,5 manatdan 3,6 manata, şampan üçün 5 manatdan 5,1 mananata qalxıb. Spirtli içkilərin bir litrinin aksiz dərəcəsi (ən azı 80% spirt olan denaturatlaşdırılmış etil spirti daxil olmaqla) 4 manatdan 5,2 manata qədər artırılıb. Viski, rom, cin, araq, likör və digər spirtli içkilər üçün - 10 manatdan 11,2 manata qədər artım olub. Tərkibində 9% -dən az olan alkoqollu içkilərin aksiz dərəcəsi 1,9 manat səviyyəsində müəyyən edilir.

 

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov qərarın martın 19-da qüvvəyə minəcəyini deyib: “Bu məhsulların istehlakçıların büdcə xərclərində müəyyən bir payı var, yəni onun artması büdcə gəlirlərinin azalmasına səbəb olacaq. Lakin, məsələn, spirt tərkibinin 9% -dən az olduğu spirtli içkilərin vəziyyətini nəzərə alsaq, heç də ürəkaçmayan mənzərə ilə qarşılaşırıq. Gömrük rüsumu üçün 3,4 manat (2 ABŞ dolları) və aksiz rüsumu üçün 1,9 manat artım o deməkdir ki, 1 litr spirtli içkinin qiymətində 5,3 manat bahalaşma olacaq. Bu, çox böyük məbləğdir və bəzi xarici firmalar bazardan çıxa bilər. Çünki Azərbaycanda istehlak gücü hələ də yüksək səviyyədə deyil və spirtli içkilər elə də vacib məhsul hesab olunmur”.

Müəllif: Elya Belskaya      22 Fevral 2020 11:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
6 İyul
22:51
Köhnə hamam, köhnə tas: Biz dəyişmək istəmirik...
6 İyul
21:35
Prezident “Fairmont”dakı karantin pozulması barədə: “O biabırçı hadisə dözülməzdir”
6 İyul
19:18
COVID-19 AzTV-ni niyə “qaralayıb”?
6 İyul
17:42
Azərbaycanda COVID-19-a yeni yoluxma statistikası açıqlanıb
6 İyul
17:31
Koronavirusla mübarizə məqsədilə yeni qərar və vətəndaşlara müraciət
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin