İdlibdə bəşəri faciə yaşanır

İdlibdə bəşəri faciə yaşanır

"İdlibdəki dağıntıların miqyası qat-qat artıb və son 15 gündə hava və quru hücumları nəticəsində, ən azı 100 vətəndaş həyatını itirib"

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lovkok Suriyanın şimal-qərbində Bəşər Əsədə bağlı qüvvələrin və tərəfdarlarının hücumlarının davam etdiyi İdlibdə mülki vətəndaşların qaçması üçün təhlükəsiz yer qalmadığını söyləyib.

 

Lovkok BMT Təhlükəsizlik Şurasındakı çıxışında bildirib ki, İdlibdəki dağıntıların miqyası qat-qat artıb və son 15 gündə hava və quru hücumları nəticəsində, ən azı 100 vətəndaş həyatını itirib.

 

Bölgədə 900 mindən çox insanın şaxtalı havada piyada və ya yük maşınlarının arxasında toqquşmalardan qaçdığını vurğulayan Lovkok, “Təhlükəsizlikdə olacaqlarını düşündükləri daha izdihamlı yerlərə qaçırlar, amma İdlibdə heç bir şey təhlükəsiz deyil. Orada vətəndaşların qaça biləcəyi təhlükəsiz bir yer qalmayıb. Təxminən, 50 min insan ağacların altında və açıq ərazilərdə məskunlaşıb. Hər gün körpələrin, uşaqların soyuqdan öldüyü barədə xəbərlər gəlir. Müharibə bölgəsindən qaçıb körpələrinin soyuqdan donaraq öldüyünü görən ailələrin ağrılarını düşünün”, - deyə bildirib.

 

Qeyd edək ki, Türkiyə vətəndaş müharibəsindən qaçaraq torpaqlarına sığınan 4 milyona yaxın suriyalıya ev sahibliyi edir. İdlib şəhərində yaşanan bəşəri faciəyə biganə qalmayan Türkiyə qırğınların və fəlakətin qarşısını almaq üçün ciddi səy göstərir.

Müəllif: Ayna.az      21 Fevral 2020 12:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin