Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaq

Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaq

Baş Nazir Əli Əsədov qərar imzalayıb 

 

Nazirlər Kabineti “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edib.

 

AYNA-nın məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

 

Qərara əsasən, narkoloji xəstə məhkumlar “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardımla təmin ediləcəklər.

Müəllif: Ayna.az      20 Fevral 2020 21:40
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin