DTX-dan Neftçaladakı xüsusi əməliyyatla bağlı rəsmi açıqlama

DTX-dan Neftçaladakı xüsusi əməliyyatla bağlı rəsmi açıqlama

Neftçalada vəzifəli şəxslər tutulub

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı açıqlama yayıb. AYNA-nın DTX-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

 

Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlılarının Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirdiyi barədə məlumat yayılıb. Həmin məlumata görə, Neftçala RİH-in başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX əməkdaşları tərəfindən həbs edilib.

Müəllif: Ayna.az      20 Fevral 2020 15:13
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin