Dağlıq Qarabağa muxtariyyət verilməyəcək - Hamının gözlədiyi cavab

Dağlıq Qarabağa muxtariyyət verilməyəcək -     Hamının gözlədiyi cavab

Tofiq Zülfüqarov: “Münhen debatından sonra cəbhədə vəziyyətin gərginləşməsi qaçılmaz hala çevrilir”

 

Münhen Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan Baş Nazir arasındakı debat son günlərin ən vacib və yaddaqalan hadisələrindən birinə çevrildi. Görüşün nəticələrini AYNA-ya şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov əvvəlcə görüşün əhəmiyyətinə diqqət çəkib: “Bu müzakirənin baş verdiyi platforma çox əhəmiyyətlidir. Oradakı bütün açıqlamalar dünya mediası tərəfindən çox geniş şəkildə işıqlandırılır”.

 

Müzakirələrdən danışan ekspert iki əsas məqamı qeyd edib: “Birincisi, Azərbaycan Prezidenti İlham Əliyev siyasi təcrübəsi, diplomatik qabiliyyəti, müzakirələr aparmaq bacarığı, habelə mövzunu bilməsi baxımından öz üstünlüyünü nümayiş etdirdi. Bu, həm bizim, həm də erməni mətbuatında hiss olundu. İkincisi, Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi beynəlxalq hüquqa uyğundur. Ermənistanın mövqeyini müdafiə etməyə, Paşinyanın əvəzinə ingilis dilini yaxşı bilən daha təcrübəli bir siyasətçi olsaydı belə, yenə də nail ola bilməzdi. Ermənistanın mövqeyini müdafiə etmək mümkün deyil, çünki o dövlət Azərbaycan ərazilərinin işğalçısıdır. Digər tərəfdən isə bütün ərazilərdə etnik təmizləmə aparılıb”.

Müəllif: Nicat Hacıyev      19 Fevral 2020 16:06
Siyasət bölməsinə aid digər xəbərlər
16 İyul
17:21
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları xeyli üstələyib
16 İyul
16:24
İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib
16 İyul
15:31
Məmmədyarov vəzifəsindən azad edildi: Yeni XİN başçısı təyin olundu
16 İyul
13:39
COVID-19 mənzərəsi: Yalanlar içərisində həqiqət axtarışı
16 İyul
10:25
Orduya dəstək mitinqini təxribata çevirən “gizli əl” – Hadisələrin izi ilə
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin