Çindən gələn daha 2 tələbəmiz xəstəxanaya yerləşdirilib

Çindən gələn daha 2 tələbəmiz xəstəxanaya yerləşdirilib

Hava limanına daxil olan tələbələr həkim müşahidəsi üçün Kliniki Tibbi Mərkəzə çatdırılıblar

 

Fevralın 19-da üçün Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. Onlar Çinin Huancou şəhərində təhsil alan, 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır.

 

AYNA bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbər verir. Məlumata görə, hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya, daha sonra isə Bakıya gəlib.

 

“Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə, həkim müşahidəsi üçün, Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Qeyd edək ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb”, - deyə məlumatda qeyd olunur.

 

Rəsmi qurumlar diqqətə çatdırır ki, saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur, həkim müşahidələri davam edir.

Müəllif: Ayna.az      19 Fevral 2020 11:10
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin