“Rusiya ilə son danışıqlar Türkiyəni razı salmır” - İbrahim Kalın

“Rusiya ilə son danışıqlar Türkiyəni razı salmır” -     İbrahim Kalın

İbrahim Kalın Türkiyənin Rusiya ilə münasibətlərindən danışıb 

 

“Suriyanın İdlib bölgəsindəki vəziyyətlə bağlı sonuncu Rusiya-Türkiyə danışıqları rəsmi Ankaranı razı salacaq nəticələr vermir”.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən kabinet toplantısından sonra deyib. Onun sözlərinə görə, ölkəsi İdlibdəki deskalasiya zonasındakı müşahidə məntəqələrinin yerini dəyişmək niyyətində deyil. O həmçinin, əlavə edib ki, Türkiyə dinc sakinlərin müdafiəsi üçün İdlibə hərbi personal və texnikasını göndərməyə davam edəcək.

 

“Eyni zamanda Türkiyə hərbçilərinə hücum edən hər kəsə sərt cavab veriləcək”, - deyə Kalın bildirib.

 

Qeyd edək ki, İdlibdə atəşkəs rejimi elan edilsə də, Suriya hərbi əməliyyatları davam etdirir və hazırda ərazinin yarısına nəzarəti ələ alıb.

Müəllif: Ayna.az      19 Fevral 2020 02:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin