Putin köməkçisini işdən çıxardı

Putin köməkçisini işdən çıxardı

Vladimir Putin fərman imzalayıb 

 

Rusiya Prezidenti Vladimir Putin köməkçisi Vladislav Surkovu işdən azad edib.

 

AYNA “Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə qərar Kremlin saytında dərc olunub.

 

“Surkov Vladislav Yuri oğlu Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsindən azad olunsun”, - deyə fərmanda qeyd edilib.

 

Xatırladaq ki, Surkov bu vəzifəni 2013-cü ildən icra edir. Yanvarın 25-də onun tutduğu postdan getməsi haqda xəbər yayılsa da, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təkzib etmişdi.

Müəllif: Ayna.az      19 Fevral 2020 01:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin