Dövlət Xidmətinin regional idarələrində işçilərin sayı müəyyənləşdi

Dövlət Xidmətinin regional idarələrində işçilərin sayı müəyyənləşdi

Baş Nazir Əli Əsədov qərar imzalayıb 

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar qəbul edilib.

 

Nazirlər Kabinetindən AYNA-ya verilən məlumata görə, Baş nazir Əli Əsədovun imzaladığı qərarla Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib.

 

Qərara əsasən Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilir.

Müəllif: Ayna.az      18 Fevral 2020 23:20
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin