İmtahanların vaxtı açıqlanıb

İmtahanların vaxtı açıqlanıb

Qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

 

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib. DİM-in mətbuat xidmətindən AYNA-ya daxil olan məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək. Buraxılış vərəqəsini çap etmək üçün bu KEÇİDə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.

Müəllif: Ayna.az      18 Fevral 2020 11:59
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin