Türkiyədə yaşayan azərbaycanlılara şad xəbər

Türkiyədə yaşayan azərbaycanlılara şad xəbər

İstanbulda yaşayan azərbaycanlı ailələrin uşaqları pulsuz müayinə ediləcək 

 

Əslən azərbaycandan olan diş həkimi Abil Babaoğlu İstanbulda yaşayan azərbaycanlı ailələrin uşaqlarını öz şəxsi klinikasında hər ay, ayda bir dəfə olmaq şərti ilə pulsuz müayinə edəcək. AYNA xəbər verir ki, xeyriyyə məqsədi ilə təşkil olunacaq müayinə 18 iyulda gerçəkləşəcək. Müayinə "ağız boşluğu və diş xəstəlikləri" üzrə olacaq.

Türkiyənin İstanbul şəhərində yaşayan şair-yazıçı Elçin Aslangil bildirir ki, bu cür tədbirlər İstanbulda yaşayan azərbaycanlılar üçün çox önəmlidir: "Ümid edirəm, belə xeyriyyə tədbirlərinin keçirilməsi ənənəvi hal alar. Bu xeyriyyə aksiyasına İstanbulda yaşayan, əslən Azərbaycandan olan iş adamlarının, ziyalıların, həkimlərin ayrı-ayrılıqda qatılması arzuolunandır. Hər kəs İstanbuldakı soydaşlarımız üçün əlindən gələni əsirgəməməlidir".

 

"Bildiyiniz kimi, İstanbulun təkcə Sultanqazi və Qaziosmanpaşa rayonlarında 10 minlərlə azərbaycanlı ailələr yaşayır. Onların heç bir sosial təminatları yoxdur. 6-30 yaş arası həmyerlilərimizin çoxu heç adlarını belə, yazmağı bilmirlər. Türkiyədə qaçaq yaşadıqları üçün təhsildən kənarda qalıblar. Olduqca ciddi problemlər var. Həmyerlilərimizin məktəblə təmin olunması üçün hələ keçən il Prezident İlham Əliyev və Mehriban xanım Əliyevaya da müraciət etmişdim. Ümid edirəm yaxın gələcəkdə xoş xəbərlər eşidəcəyik. Mən üzümü İstanbulda yaşayan əziz iş adamlarımıza, millətimizi vətənimizi sevən ziyalılarımıza tutub deyirəm ki, gəlin əl-ələ verib, həmrəy olub bu problemlərin həlli yolunu axtaraq", - deyə E.Aslangil vurğulayıb.

 

Xeyriyyə məqsədi ilə keçiriləcək müayinənin ünvanı: Diş Hekimi Abil Babaoğlu İstanbul Sultançifliği mahallesi Sultangazi Esgi Edirne Asfaltı no 551 daire 3 (Yeni Mahalle tranvay durağının yanı)

Müəllif: Ayna.az      10 İyul 2019 17:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin