FHN "Sədərək"dəki yanğınla bağlı məlumat yaydı

FHN "Sədərək"dəki yanğınla bağlı məlumat yaydı

"Sədərək" Ticarət Mərkəzində güclü yanğın başlayıb 

 

Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb.

 

AYNA-nın xəbərinə görə, açıqlamada bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      18 Fevral 2020 09:34
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin