Karib dənizində təyyarə qəzası: itkin düşənlər var

Karib dənizində təyyarə qəzası:     itkin düşənlər var

Göyərtədə 4 nəfər - ər-arvad, onların oğlu və 40 yaşlı şəxs olub

 

Karib dənizində yüngül mühərrikli “Piper” təyyarəsi  qəzaya düşüb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, təyyarə Dominik adasından Qvadelupa istiqamətində uçurmuş. Göyərtədə 4 nəfər - ər-arvad, onların oğlu və 40 yaşlı şəxs olub. Hazırda onların axtarışları aparılır.

 

İndiyədək təyyarədəkilərin sənədlərinin olduğu çantaları tapılıb.

Müəllif: Ayna.az      18 Fevral 2020 03:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin