Messi və Hemilton ilin ən yaxşı idmançıları seçiliblər

Messi və Hemilton ilin ən yaxşı idmançıları seçiliblər

Messi "Barselona"nın heyətində İspaniya çempionatını udub

 

Argentina futbolçusu Lionel Messi və "Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton “Laureus World Sports Academy” ("Laureus" Dünya İdman Akademiyası) versiyaları üzrə 2019-cu ci ilin ən yaxşı idmançıları mükafatını qazanıblar.

 

AYNA “Report”a istinadən xəbər verir ki, mükafatın verilməsi mərasimi Berlində keçirilib. 

 

Messi 2018/19 yarış mövsümündə “Barselona”nın heyətində (36 qol) İspaniya çempionatının qalibi olub və 12 qolla Çempionlar Liqasının ən yaxşı bombardiri olub. O, "Barselona"nın heyətində İspaniya çempionatını udub. Toplam olaraq o mövsümdə klub səviyyəsində 51 qol vurub və "Qızıl buts"a layiq görülüb. Otuz iki yaşlı hücumçu (1 qolla) Argentina yığması ilə birlikdə Amerika Kubokunda üçüncü yeri tutub. Messi 2019-cu ildə "Qızıl top" mükafatına yiyələnib.

 

Lüis Hemilton karyerasında 6-cı dəfə və ardıcıl 5 dəfə "Formula-1" avtomobil yarışlarları üzrə dünya çempionatının qalibi olub.

 

İlin ən yaxşı idmançısı isə Amerika gimnastı Simona Baylz seçilib. O, dünya çempionatında beş qızıl medal qazanıb.

 

"Laureus" mükafatı 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.

Müəllif: Ayna.az      18 Fevral 2020 01:26
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin