Həkimlər Xalq artistinin təklifinə qarşı çıxdılar: "Tibbdə sidiklə müalicə üsulu yoxdur"

Həkimlər Xalq artistinin təklifinə qarşı çıxdılar:   "Tibbdə sidiklə müalicə üsulu yoxdur"

"Sidik qəbul edən şəxslər içdikləri sidiyin tərkibindəki infeksiyalardan asılı olaraq müxtəlif ciddi fəsadlarla üzləşə bilərlər"

 

Bir neçə gün öncə Xalq artisti Flora Kərimova medicina.az saytına verdiyi müsahibədə illərdir özünü və yaxınlarını urinoterapiya, yəni sidiklə müalicə etdiyini deyib. Xalq artisti, həmçinin hər kəsə 10 yaşına qədər uşaqların sidiyini içməyi məsləhət görüb.

 

Maraqlıdır, həqiqətən də tibbdə sidiklə müalicə üsulu varmı? Varsa, hansı xəstəliklərə xeyrlidir, müalicə üsulu necə tətbiq olunur? AYNA bu müalicə üsulu ilə bağlı suallara aydınlıq gətirmək üçün həkimlərə müraciət edib.

 

Tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, tibbdə urinoterapiya adlı müalicə üsulu yoxdur: “Flora xanımın bu barədə hansı kitablardan oxuduğunu isə deyə bilmərəm”.

Картинки по запросу vasif İsmayıl

Həkim-terapevt Məzahim Bayramov da tibbdə belə müalicə üsulunun olmadığını vurğulayıb: “Sadəcə türkəçarə ilə məşğul olan bəzi şəxslər sidiklə müalicə edirlər. Bu zaman 5 yaşına qədər uşaqların sidiyindən istifadə olunur. Sidiyin əvvəli axıdılır, orta hissəsi götürülür. Bu zaman sidiyin tərkibindəki zülal gedir, təmizlənmiş hesab olunur”.

 

Müsahibimiz kosmetologiyada urinoterapiyadan istifadə edilməsindən də danışıb: “Bəzən kosmetologiyada da sidikdən istifadə olunur. Bunun üçün sidik hansısa üsullarla təmizlənir, sonra kosmetik vasitələrin tərkibinə qatılır. Və ya kosmetik prosedurlarda istifadə olunur. Bu üsul da hər kəsə müsbət təsir etmir. Sadəcə müalicənin on nəfərdən birinə xeyri olursa, kosmetoloqlar həmin o bir nəfəri əldə bayraq edərək özlərinə müştəri yığırlar”.

 

M.Bayramov sidiklə müalicənin hansı xəstəliklərə müsbət təsiri olacağna da aydınlıq gətirib: “Ayaqlarda infeksiya mənbəyi olan xora xəstəliyinə bəzən sidiyin xeyri olur. El dilində bir misal var, duzu duzla çıxarmaq lazımdır, donu da buzla. Xora xəstəliyində də həmin yaradakı infeksiyadan güclü infeksiya yaratmaq lazımdır ki, xəstəlik sağalsın. Bu zaman urinoterapiyaya üz tuturlar”.

 

Həkim-terapevt sidiklə müalicə üsulunun əsla məsləhət görülmədiyini vurğulayıb: “Sidiyin tərkibində xeyli infeksiya var. Sidik qəbul edən şəxslər içdikləri sidiyin tərkibindəki infeksiyalardan asılı olaraq müxtəlif ciddi fəsadlarla üzləşə bilərlər. Məsələn, mədə-bağırsaqda infeksiya yarana bilər, güclü allergik reaksiya verə bilər və sair”.

Картинки по запросу Flora Kərimova

Qeyd edək ki, Xalq artisti müsahibəsində urinoterapiya ilə bağlı bunları deyib: “Urinoterapiya hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi urinoterapiyasız qoymuram. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm”.

 

“Urinoterapiya bağırsaqları təmizləyir. Beyinə çox yaxşı təsir edir. İndi qurddan danışırlar, dərmandan danışırlar. Bunu evdə özünüz də edə bilərsiniz. 10 yaşadək olan uşaqların sidiyini için. Bir ailə var idi. “Qaynanmış urino” deyirlər. Yəni qaynadırsan, sonra imalə edirsən. O ailənin yanına bir ay getdim. On gün imalədən sonra torba-torba balaca qurdlar düşdü. Böyükdən də, balacadan da” – deyə Flora Kərimova vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan      10 İyul 2019 21:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin