Bakıda onlarla körpəni küçəyə atıblar

Bakıda onlarla körpəni küçəyə atıblar

Polis 7 atılmış körpəni uşaq evlərinə təhvil verib

 

2019-cu ildə polis tərəfindən tapılan 46 atılmış uşaq sosial sığınacaqlara yerləşdirilib, yeddi atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib.

 

AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib. Bildirib ki, küçə uşaqları ilə bağlı vəziyyət polisin diqqətində olan məsələdir.

 

“Tərəfimizdən atılmış uşaq aşkar edildikdə dərhal bu məsələ ilə bağlı araşdırma başlayır. Uşağın mənsub olduğu ailə öyrənilir. Ailə olmadıqda isə profiklatiki qeydiyyata alınaraq, müvafiq sığınacaqlara yerləşdirilir. Bu məqsədlə ötən il Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən 573 reyd təşkil olunub. Tapılan 46 uşaq sosial sığınacaqlara yerləşdirilib. Eləcə də yeddi atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib”, - Hacıyev qeyd edib.

 

“Uşaq hüquqlarının qorunmasında risk qrupuna daxil olan, yaxud münaqişəli ailələrdə olan azyaşlıların mühafizəsinə həssas yanaşırıq. Uşaq hüquqlarının pozulmasının qarşısının alınması ilə yanaşı, onların təhsilə cəlb edilməsi, ailələrlə profilaktiki söhbətlərin aparılması fəaliyyətimizin tərkib hissəsidir. İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən orta ümumtəhsil ocaqlarında ötən il azyaşlıların profilaktikası, maarifləndirilməsinə dair 468 müxtəlif məzmunlu görüşlər keçirilib”, - deyə E.Hacıyev qeyd edib.

Müəllif: Ayna.az      17 Fevral 2020 15:19
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin