Fürsət yoxsulları üçün “erməni soyqırımı”

 Fürsət yoxsulları üçün “erməni soyqırımı”

Nə vaxtsa Suriyanın yeni rəhbərliyi qondarma “soyqırımı” qərarını ləğv edəcək və Türkiyənin etdiyi bütün yaxşılıqları xatırlayacaq

 

Fevralın 13-də Suriya parlamenti, İdlibdə yaşanan qarşıdurma fonunda, qəfildən Türkiyəyə qarşı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etdi. Suriyanın Ermənistandakı səfirliyinin açıqlamasında deyilir ki, Suriya Xalq Şurası "erməni soyqırımı"nı tanımaq qərarını yekdilliklə qəbul edib.

 

Mövzunu AYNA-ya şərh edən suriyalı ekspert Abbas Cumanın sözlərinə görə, bu hadisə İdlibdə yaşanan qarşıdurma fonunda atılan siyasi addımdır: “Amma suriyalıların ermənilərlə həmrəy olduqlarını və bu addımın səmimiyyətdən irəli gəldiyini deyə bilmərəm. Qərarın Suriya-Türkiyə münasibətlərinə daha da zərbə vuracağını güman etmirəm. Çünki münasibətlər bundan pis ola bilməz – iki ölkə arasında müharibə gedir”.

 

Politoloq İlqar Vəlizadə isə AYNA-ya şərhində bildirib ki, Suriya parlamentinin qərarının hüquqi baxımdan heç bir mənası yoxdur: "Hətta ABŞ və Rusiyanın tanıması belə, ikitərəfli münasibətlərin vəziyyətinə əhəmiyyətlə təsir etməz. Erməni mətbuatı, ümumiyyətlə tanınma ilə bağlı fikirlərə diqqət yetirir, lakin qeyd etdiyim məqama diqqət yetirmir. Suriyaya gəldikdə isə, burada söhbətin fürsətcil addımdan getdiyini söyləmək lazımdır. Bu tanıma Suriya xalqının mövqeyini əks etdirmir”.

Müəllif: Nicat Hacıyev      17 Fevral 2020 13:29
Siyasət bölməsinə aid digər xəbərlər
16 İyul
17:21
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları xeyli üstələyib
16 İyul
16:24
İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib
16 İyul
15:31
Məmmədyarov vəzifəsindən azad edildi: Yeni XİN başçısı təyin olundu
16 İyul
13:39
COVID-19 mənzərəsi: Yalanlar içərisində həqiqət axtarışı
16 İyul
10:25
Orduya dəstək mitinqini təxribata çevirən “gizli əl” – Hadisələrin izi ilə
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin