İraqda baş verən zəlzələ qardaş ölkədə də fəsadlar törədib

İraqda baş verən zəlzələ qardaş ölkədə də fəsadlar törədib

Zəlzələ bir sıra təbii qaynaqlara və şəhərin yaşayış binalarına müxtəlif səpkili zərərlər verib

 

İraqın Türkiyə ilə sərhəd olan şimal bölgəsində 4.5 bal gücündə zəlzələ baş verib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Təbiət hadisəsi İraqın Regional Kürd İdarəetməsinə bağlı olan Duhok şəhərində, Bakı vaxtı ilə saat 14:56-da meydana gəlib.

 

Yerin 11.99 kilometr dərinliyində baş verən zəlzələ bir sıra təbii qaynaqlara və şəhərin yaşayış binalarına müxtəlif səpkili zərərlər verib. Zəlzələnin təsiri Türkiyənin İraqla sərhəddə yerləşən Uludere, Çukurca və Şemdinli qəsəbələrində də hiss olunub.

Müəllif: Ayna.az      10 İyul 2019 16:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin