Qadağan olunmuş alətlərlə balıq ovlayanlara çağırış

Qadağan olunmuş alətlərlə balıq ovlayanlara çağırış

Xəzərin sahili balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib

 

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Regional Ekologiya İdarəsi və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə növbəti reydi Xəzər dənizinin Xaçmaz rayonu İstisu qəsəbəsi və Niyazoba kəndi ətrafında keçirilib. AYNA xəbər verir ki, bunu jurnalistlərə 5 saylı Regional Ekologiya İdarəsinin rəisi Vaqif Cavadov deyib.

 

O bildirib ki, reyd zamanı sözügedən ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib: “Faktla bağlı akt tərtib olunub. Qadağan olunmuş sintetik torların kim tərəfindən qurulduğunu müəyyən etmək və qanunamüvafiq tədbirlər görmək məqsədilə Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır”.

 

V.Cavadov hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırıb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      17 Fevral 2020 12:08
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin