Koronavirusa görə karantində saxlanılan tələbələrlə bağlı son xəbər

Koronavirusa görə karantində saxlanılan tələbələrlə bağlı son xəbər

Həkim müşahidələri davam edir

 

Fevralın 17-si üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə yaydığı məlumatda bildirilir. 

 

Qeyd olunur ki, hənim şəxslər Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü və Çinin Uhan şəhərində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.

 

"Tələbələr fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb. Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir", - deyə məlumatda bildirilir.

 

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Hazırda xəstəxanada 1 nəfər qalır: "Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır heç bir şikayəti yoxdur".

Müəllif: Rumiyyə Miraslan      17 Fevral 2020 10:40
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin