Koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatdı

Koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatdı

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 70 548 nəfərə çatıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Məlumata görə, koronavirusa yoluxanların 1 770 nəfəri ölüb, 10 844 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

 

Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 2,43 faizdən 2,5 faizə yüksəlib.

 

Xəstələrdən 10 644 nəfərin vəziyyəti ağırdır.  Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 546 000 nəfəri müəyyən edib, onlardan 150 mini həkim nəzarətinə alınıb.

 

Bölgələr arasında Hubey əyaləti virusa yoluxmuş insanların sayına görə yenə birinci yerdədir. Belə ki, Hubey əyalətində 58 182 nəfər virusa yoluxub. Onların da 1 696 nəfəri ölüb, 6 639 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

Müəllif: Ayna.az      17 Fevral 2020 08:07
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin