MSK önündə razılaşdırılmamış aksiya ilə bağlı rəsmi açıqlama

MSK önündə razılaşdırılmamış aksiya ilə bağlı rəsmi açıqlama

"Ciddi qanun pozuntusu qeydə alınmayıb"

 

Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib.

 

Bakı Şəhər Baş Polis İdarəsindən AYNA-ya verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.

 

Qeyd edək ki, Müsavat və REAL partiyaları, həmçinin bir sıra narazı namizədlər 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq, paytaxtda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH isə aksiyanın Lökbatan qəsəbəsində keçirilməsinin mümkün ola biləcəyini bildirib. Bununla razılaşmayan müxalif düşərgə Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında razılaşdırılmamış aksiyaya qərar verib.

Müəllif: Ayna.az      16 Fevral 2020 16:52
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin