Şəhidimiz torpağa tapşırılıb - VİDEO

Şəhidimiz torpağa tapşırılıb -         VİDEO

Seymur Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib

 

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Seymur Ələsgərov dəfn edilib. 

 

AYNA "Report"a istinadən xəbər verir ki, S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, hərbçilər, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, şəhər sakinləri iştirak ediblər.

 

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub, onun 9 aylıq oğlu var.

Müəllif: Ayna.az      16 Fevral 2020 15:15
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin