“Yuventus” Ronaldunu bugünkü oyuna buraxmayacaq

“Yuventus” Ronaldunu bugünkü oyuna buraxmayacaq

Matç bu gün Turindəki “Alyans” stadionunda Bakı vaxtı ilə saat 18:00-da başlayacaq

 

“Yuventus” klubu özünün “Twitter” hesabında İtaliya A seriyasının 24-cü turunun “Breşiya”ya qarşı matçında çıxış edəcək heyəti açıqlayıb.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz Kriştianu Ronaldunun adı siyahıya düşməyib.

 

Matç bu gün Turindəki “Alyans” stadionunda Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, “Yuventus” 54 xal toplayaraq İtaliya A Seriyasının yarış cədvəlində 2-ci yerdə qərarlaşıb.

Müəllif: Ayna.az      16 Fevral 2020 12:38
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin