Berlində atışma: ölən və yaralananlar var

Berlində atışma:     ölən və yaralananlar var

Cinayətkarlar hadisə yerindən qaçaraq gizlənib

 

Almaniyanın paytaxtı Berlində atışma olub.

 

AYNA bildirir ki, bu barədə “Local” portalı polisin mətbuat xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, hadisə Kroyçberq rayonunda, "Güldür Güldür Show" türk komediya şousunun yerləşdiyi konsert idman zalının yaxınlığında qeydə alınıb.

 

Hadisə zamanı 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Atışma zamanı öldürülən şəxs 42 yaşlı kişidir. Məlumata görə, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Polis hesab edir ki, atəş açanlar bir neçə nəfər olub. Cinayətkarlar hadisə yerindən qaçaraq gizlənib.

 

Əraziyə 200-dək polis əməkdaşı cəlb edilib. Təhqiqat aparılır.

Müəllif: Ayna.az      15 Fevral 2020 22:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin