“YouTube” tarixində ən çox izlənən videolar - SİYAHI

“YouTube” tarixində ən çox izlənən videolar -       SİYAHI

Ronaldinyonun məşq görüntüləri ən çox izlənən videolar arasındadır

 

“YouTube” tarixində ən çox izlənən videoların reytinqi hazırlanıb.

 

AYNA-nın oxu.az-a istinadən xəbərinə görə, bu barədə siyahı “Newsweek” jurnalında dərc olunub.

 

Xəbərdə bildirilir ki, 2005-ci ildə ən çox izlənilən videolar arasında “trend” Braziliya millisinin futbolçusu Ronaldinyonun məşq görüntüləri olub.

 

2006-2007-ci illərdə isə ən çox “The Evolution of Dance” videosu baxış toplayıb. Bu videoda rəqqas Cadson Laypli XX əsrin əvvəllərində məşhur olan rəqslərin əsas hərəkətlərini ifa edib.

 

2008-ci ildə fenomen kanadalı müğənni Avril Lavinin “Girlfriend” klipi olub.

 

2009-cu ildə şəbəkədə ən çox izlənilən video britaniyalı ailədə uşağın qardaşının barmağını dişləməsi görüntüləridir.

 

Bunlardan başqa “YouTube”da Ledi Qaqanın “Bad Romance”, Castin Biberin “Baby”, PSY-nin “Gangnam Style” və Luis Fonsinin “Despacito” klipləri də ən çox izlənilənlər siyahısındadır.

Müəllif: Ayna.az      15 Fevral 2020 23:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin