Çindən Türkiyəyə təxliyə olunmuş vətəndaşlar Bakıya çatdırılıb

Çindən Türkiyəyə təxliyə olunmuş vətəndaşlar Bakıya çatdırılıb

Çindən təxliyə olunmuş vətəndaşların heç birində koronavirus aşkarlanmayıb

 

Çinin Uhan şəhərindən Ankaraya təxliyə olunmuş altı nəfər azərbaycanlı vətənə qayıdıblar.

 

AYNA xəbər verir ki, vətəndaşlarımız iki həftə ərzində karantin keçirdikləri Türkiyədən Ankara – Bakı təyyarəsilə gəliblər.

 

Qeyd edək ki, ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı.

 

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı əksəriyyəti tələbələr olan altı nəfər Azərbaycan vətəndaşı da təxliyə olunmuşdu.

Müəllif: Ayna.az      15 Fevral 2020 16:45
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin